Dekabrın
8-də Lerik rayonu Anbu kənd tam orta məktəbinin açılış
mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin və Lerik Rayon İcra
Hakimiyyətinin rəsmiləri, məktəblilər və kənd
ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində qeyd olunub ki, 180 şagird yerlik bu
təhsil ocağının tikintisinə 2014-cü ilin sentyabrından
başlanılıb. Təhsil Nazirliyi tərəfindən vahid standart
əsasında inşa olunan məktəb 12 sinif otağı, 2
laboratoriya, kompüter otağı, akt və idman zallarından
ibarətdir. Məktəb ərazisində yanğın və içməli su
anbarları, qazanxana inşa olunub. Məktəbin həyəti
abadlaşdırılıb və yaşıllıq zolağı salınıb.
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil
şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkəmizin bütün
bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə
məktəb binalarının isə əsaslı təmir olunduğunu
vurğulayıb. Şöbə müdiri bildirib ki, bütün yeni
məktəblər müasir təhsil sisteminin tələblərinə uyğun
inşa olunur.
www.edu.gov.az |