Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

“Kiçik Akademiya”ların fəaliyyəti təkmilləşdirilir

 

Böyütmək üçün seçinDekabrın 9-da  Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsilə bağlı “dəyirmi masa” keçirib. “Dəyirmi masa”da “Kiçik Akademiya” yaratmaq mərhələsində olan 80 məktəb rəhbəri iştirak edib. “Dəyirmi masa”da gənc alim Rüfət Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, Azərbaycan Futuroloqlar Cəmiyyətinin nümayəndəsi təqdimatlar ediblər. Hədəf 2015–2016-cı tədris ilində təşəbbüs göstərən 105 məktəbdə “Kiçik Akademiya”nın fəaliyyətinə düzgün istiqamət vermək olub.

Çıxış edənlər “Kiçik Akademiya”ların təşkilində əsas məqsədin yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarət olduğunu bildiriblər. Bundan başqa, elmi tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətlərinin stimullaşdırılması da “Kiçik Akademiya”ların əsas məqsədlərindəndir.

Qeyd edək ki, məktəblərdə “Kiçik Akademiya”ların fəaliyyətinin genişləndirilməsi istiqamətində Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılığa əsasən, AMEA-da çalışan alimlər 26 tam orta məktəbdə nümunəvi dərslər tədris edəcəklər.

Nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramı ilə bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil ediləcəkdir. Nümunəvi dərslər dekabrın 10-dan etibarən başlayacaqdır.

AMEA alimlərinin elmi və elmi-populyar mövzular üzrə tədris edəcəkləri dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və tanınmış alimlərin ardıcıllarının yetişdirilməsi məqsədlərinə xidmət edir.  

www.bakuedu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov