Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

“İstək” liseyi “Cambridge school” statusu qazanıb

 

“İstək” liseyi “Kembric məktəbi” (“Cambridge school”) statusu qazanıb. “Kembric məktəbi” statusu liseyin şagirdlərinə fənləri Kembric Universitetinin standartlarına uyğun öyrənərək beynəlxalq sertifikat əldə etməyə imkan yaradacaq. Liseyin şagirdlərinin bu fənlər  üzrə sertifikatları ABŞ, Kanada, Rusiya, Fransa, İngiltərə, Türkiyə ilə yanaşı dünyanın 160 ölkəsində  də tanınacaq.

“Kembric məktəbi” statusu Kembric Universiteti tərəfindən müvafiq beynəlxalq standartlara cavab verən məktəblərə verilir. “Kembric məktəb”ləri 4 səviyyə (“Cambridge Primary”, “Cambridge Secondary”, “Cambdridge Secondary 2”, “Cambridge Advanced”) üzrə ibtidai, orta və yuxarı sinif şagirdlərinin beynəlxalq dərəcəli hazırlığı və sertifikatlaşdırılmasını təmin edir. Hazırda “Kembric məktəbi”nin imkanlarından liseyin orta sinif şagirdləri faydalanmaq imkanına malik olsa da, lisey yaxın gələcəkdə ibtidai və yuxarı sinif şagirdlərinin də bu istiqamətdə hazırlığı və sertifikatlaşdırılmasını təmin etməyi planlaşdırır.

Xatırladaq ki, 2015-ci ilin sentyabrında “Cambridge English Language Authorised Centre” statusu qazanmış “İstək” liseyi ümumtəhsil müəssisəsidir. Lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq lisenziyası əsasında Bakı, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində fəaliyyət göstərir. “İstək” liseyi IB (International Baccalaureate/Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə namizəd məktəb, rəsmi olaraq nəticələri 175 ölkənin universitetlərində qəbul olunan SAT imtahanı mərkəzidir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov