Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatının (GİZ)
Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramının rəhbəri
Axel Müller və proqramın mütəxəssisi Mehdi Abdullayev
Azərbaycan Texnologiya Universitetində (ATU) olub.
Universitetin rektoru, professor Akif Süleymanov ilə
görüşdə A.Müller GİZ-in dünyada və Azərbaycanda həyata
keçirdiyi layihələr haqqında danışıb.
Rektor qonaqlara universitet haqqında geniş məlumat
verib. O qeyd edib ki, ATU-nun tələbə və müəllimləri də
GİZ-in təhsil yönümlü layihələrində iştirak etməkdə
maraqlıdır. Bildirilib ki, ortaq fəaliyyət imkanlarının
olduğunu nəzərə alaraq ATU ilə Beynəlxalq Alman
Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın
genişləndirilməsi və birgə layihələrin həyata
keçirilməsi hər iki tərəf üçün səmərəli ola bilər.
Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatının nümayəndələri
daha sonra ATU-nun dövlət və bələdiyyə idarəetməsi
ixtisasının tələbələri ilə görüş keçirib. Almaniya və
Azərbaycan arasındakı əlaqələr haqqında danışan A.Müller
bildirib ki, GİZ-in yeni yaradılan regional ofisi ATU
ilə səmərəli əməkdaşlığın davam etdirilməsinə imkan
verəcək. Öz ölkəsində bir müddət bələdiyyə sədri
olduğunu da deyən A.Müller bildirib ki, Almaniyadakı
inzibati idarəetmə sistemi və bələdiyyələrin fəaliyyəti
haqqında məlumatların öyrənilməsi bu sahə üzrə təhsil
alan tələbələr üçün faydalı ola bilər. GİZ-in
nümayəndələri daha sonra tələbələrin suallarını
cavablandırıb.
Rasim ƏLİYEV |