Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin V məclisi keçirilib

 

Dekabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin V məclisi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının konfrans zalında keçirilən yığıncaqda respublikanın müxtəlif bölgələrinin, eləcə də paytaxt rayonlarının TİAHİ komitələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbir iştirakçıları öncə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən qəza nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yığıncaqda ilk olaraq ATİAHİ Respublika Komitəsinin V məclisinin gündəliyi və reqlamenti təsdiq olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ATİAHİ Respublika Komitəsi tərəfindən görülən işlərdən danışıb. Qeyd olunub ki, təhsil sahəsində çalışanların istər iqtisadi, sosial rifahının yaxşılaşdırılması, hüquqlarının müdafiəsinə köməklik göstərmək, təhsil müəssisələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sağlam və təhlükəsiz  təhsil və iş şəraitinin yaradılması, istərsə də  onların asudə vaxtlarının səmərəli təşkili ATİAHİ Respublika Komitəsinin diqqət yetirdiyi ən mühüm məsələlərdəndir. Respublika Komitəsinin öz fəaliyyətində tələbə gənclərlə aparılan işlərə xüsusi önəm verdiyini bildirən sədr, gələcəkdə  bu işlərə  diqqətin daha da artırılması ilə bağlı müəyyən məsələlərə toxunub.

Sonra ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə “İş yerlərində əməyin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsalat zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsalat sanitariyası normalarına  işəgötürənlər tərəfindən əməl edilməsinə ATİAHİ-nin üzv  təşkilatlarının nəzarətləri barədə” hazırlanmış arayışı məclis iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra ATİAHİ Respublika Komitəsinin katibi, şöbə müdiri Mübariz Eyvazovun komitənin 2016-cı il büdcə və ümumi büdcəsi, ştat cədvəli ilə bağlı təqdim etdiyi məlumatlar müzakirə olunaraq təsdiq edilib. V Məclisdə həmçinin ATİAHİ Respublika Komitəsinin Məclis və Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilməsi barədə məsələ də müzakirə edilərək müvafiq qərar qəbul olunub. 

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov