Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Təhsil Problemləri İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi

 

Böyütmək üçün seçinDekabrın 11-də Təhsil Problemləri İnstitutunda görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov xalqımızın qəlbində, tariximizin şanlı səhifələrində daim yaşayan və yaşayacaq öz siyasi və mənəvi böyüklüyü ilə dünyaca məşhur olan, varlığı, nitqi, mədəniyyəti, fenomenal yaddaşı, ideoloji əqidəsi, rəftarı ilə hər kəsə nümunə olan ulu öndər Heydər Əliyevin həyatından maraqlı məqamları  tədbir iştirakçılarının diqqətinə çatdırdı və bu böyük insanın dövlətçilik prinsiplərindən, azərbaycançılıq nümunəsi olmasından və siyasi kursunun şərəflə davam etdirilməsindən danışdı.

Çıxış edən tədbir iştirakçıları ümummilli liderin fəxarətli ömür yolundan, fərqli davranış xüsusiyyətlərindən, hadisələrə özünəməxsus baxış bucağından yanaşan ziyalı təfəkküründən, ümummilli qayğıkeşliyindən, nəinki elm, təhsil, eləcə də, bütün sahələrdə inkişafetdirici mövqedən yanaşaraq dövlətçilik prinsiplərini qorumaq mədəniyyətini siyasi kurs kimi formalaşdıran fəaliyyət istiqamətləri və Heydər Əliyev şəxsiyyəti ilə bağlı xatirələrindən söz açdılar.

Tədbirin yekununda Qulu Novruzov qeyd etdi ki, ulu öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ənənələrini, siyası kursunu Prezidentimiz cənab İlham Əliyev layiqincə davam etdirir. Bu isə hər bir ziyalıda, hər bir vətəndaşda dövlətimizin inkişafı üçün yetərincə stimul olmalı və daha da güclü olmağımız üçün zəmin yaratmalıdır.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov