Bakı
Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin
anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir ulu
öndərin büstü önünə əklil qoyulduqdan sonra
universitetin professor-müəllim heyəti və tələbələrinin
iştirakı ilə davam edib.
Tədbiri giriş sözü ilə rektor, akademik Abel Məhərrəmov
açaraq ümummilli lider Heydər Əliyevin tarixi
uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan
dövlətinin qurulması istiqamətində atdığı addımlardan
bəhs edib. Rektor ulu öndərin elm, təhsil, mədəniyyət
sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz
xidmətlərdən, bununla əlaqədar imzaladığı fərman və
sərəncamlardan, rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı
quruculuq proqramlarından danışıb. “Xoşbəxt o xalqdır ki,
onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt
olur ki, həmin siyasi kurs uğurla davam etdirilir”
fikrini bir daha səsləndirən rektor bu siyasətin
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyindən danışıb, insan kapitalının
formalaşmasına xidmət edən ümumtəhsil hərəkatının yeni
vüsət almasından bəhs edib. Tədbirdə ümummilli lider
Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad
edildikdən sonra ulu öndərə həsr olunmuş film nümayiş
etdirilib.
Sonra Milli Məclis sədrinin birinci müavini,
universitetin kafedra müdiri Ziyafət Əsgərov, Respublika
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah
Heydərov çıxış ediblər.
Mətbuat xidməti |