Dekabrın
9-da Gəncə Dövlət Universitetində ulu öndər Heydər
Əliyevin anım günü münasibətilə “Ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyəti Azərbaycan gəncliyinə
nümunədir” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbiri universitetin prorektoru Asif Cavadov açaraq
dahi rəhbərin mənalı həyat və fəaliyyətini diqqətə
çatdırıb. Heydər Əliyevin ən çətin və mürəkkəb
şəraitlərdə Azərbaycanın müstəqilliyi və xalqın mənafeyi
naminə özünün və yaxınlarının həyatını təhlükədə
qoymaqdan belə çəkinmədiyini vurğulayıb.
Tədbirdə bu gün həyatımızın bütün sahələrində, o
cümlədən iqtisadi, siyasi, mədəni, hüquqi, beynəlxalq və
s. sahələrdə əldə olunan nailiyyətlər məhz Heydər Əliyev
kursuna sadiqliyin, onun ideyalarından dönməzliyin
nəticəsi kimi dəyərləndirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan dövlətçiliyinin
tarixində əbədi yer tutan dahi liderin xalqımızın
suverenliyinin möhkəmləndirilməsi və inkişafında xüsusi
rolunu qeyd edərək, onun fəaliyyətinin indiki və gələcək
nəsillər üçün nümunə olduğunu, işıqlı xatirəsinin
xalqımızın yaddaşında əbədi yaşayacağını bildiriblər.
Mətbuat xidməti |