Dekabrın
11-də Azərbaycan Dillər Universitetində (ADU)
universitetin YAP ilk Təşkilatının təşkilatçılığı ilə
xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan
tarixində misilsiz xidmətləri ilə əbədi mövqe qazanmış
ulu öndər Heydər Əliyevin anım mərasimi keçirildi.
Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər
Əliyevin ADU-nun foyesindəki büstünü ziyarət edərək
önünə gül dəstələri qoydular və xatirəsini bir dəqiqəlik
sükutla yad etdilər.
ADU-nun rektor vəzifəsini icra edən professor Dünyamin
Yunusov dünya tarixində Heydər Əliyevin dahi siyasi
lider olduğunu mərasim iştirakçılarının diqqətinə
çatdırdı. O qeyd etdi ki, bütün ömrünü xalqının
tərəqqisinə, yüksəlişinə, inkişafına həsr edən ümummilli
lider Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikasının təşəkkül tapmasında rolu böyük olub.
Hazırda ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının
professoru Adil Babayev, regionşünaslıq və beynəlxalq
münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev və
başqaları ümummilli liderin misilsiz xidmətlərindən də
söz açdılar.
Mətbuat xidməti |