Dekabrın
10-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan
anım mərasimi keçirilib.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər
Əliyevin universitetdə ucaldılan büstü önünə gül
dəstələri düzüblər.
Anım mərasimi UNEC-in Heydər Əliyev Mərkəzində davam
etdirilib. Tədbirdə ilk öncə ulu öndərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
UNEC-in rektoru, professor Ədalət Muradov ulu öndərin
keçdiyi mənalı həyat yoluna qısa nəzər salaraq bildirib
ki, “Ümummilli lider Heydər Əliyev elə bir zirvədir ki,
ona çatmaq mümkün deyil. Azərbaycanın bugünkü
inkişafının təməlini ulu öndər hələ respublikaya
rəhbərliyinin ilk dövrlərində qoyub. Müstəqillik
illərində ölkəni böhrandan çıxararaq, dinamik iqtisadi
inkişaf edən ölkələr sırasında yer almasına görə
ümummilli liderə borcluyuq”, - deyən rektor, Azərbaycan
təhsilinin inkişafında dahi şəxsiyyətin rolunun əvəzsiz
olduğunu xüsusi vurğulayıb. Rektor qeyd edib ki,
Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə
dövlət dili kimi inkişafında Heydər Əliyevin xidmətləri,
sözün əsl mənasında, əvəzsizdir.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi
kursu onun layiqli davamçısı Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif
Rəhimzadə ümummilli liderin Azərbaycanda hakimiyyəti
illərində gördüyü işlərdən, yürütdüyü siyasətdən,
reallaşdırdığı böyük layihələrdən danışıb.
Universitetin professoru Arif Şəkərəliyev məruzə ilə
çıxış edib.
Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr olunan film
nümayiş etdirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi |