Noyabrın 27-də Gəncə Dövlət Universitetində fizika və
texniki fənlər fakültəsində fəxri professor Eldar
Mövsümövun universitetin professor-müəllim heyətinin,
tələbələrin və ictimaiyyətin nümayəndələrinin iştirakı
ilə “açıq dərs”i olub.
Öncə tədrisin təşkili və təlim texnologiyaları üzrə
prorektor, dosent Fəxrəddin Məmmədov çıxış edərək
bildirib ki, son vaxtlar universitetdə ənənəvi olaraq
təşkil edilən “açıq dərs”lər şəhər ictimaiyyəti
arasında xoş təəssürat yaradıb. Burada müəllimlər öz
pedaqoji-metodiki ustalıqlarını nümayiş etdirməklə gənc
nəslə nümunə olur, onların özlərinə qarşı
məsuliyyətlərinin artmasına, elmi-metodiki bilik və
bacarığa yiyələnmələrinə ciddi həvəs yaradırlar.
Sevindirici haldır ki, başqa ali məktəblər də bu
ənənədən bəhrələnirlər.
Bundan sonra fəxri professor Eldar Mövsümöv “İşığın
dalğa optikasından kvant optikasına keçid və bu keçidin
atom fizikasındakı hesablama düsturlarına tətbiqi”
mövzusunda “açıq dərs”ə başlayıb. Dərsin mərhələlərlə
təşkili, fikirlərin elmi və məntiqi ardıcıllığı, dilin
aydınlığı, müasir texniki vasitələrdən istifadə, dərsə
verilən tələblərə yüksək səviyyədə əməl olunması
dinləyənlərin müsbət rəyinə səbəb olub.
Fəxri professor Eldar Mövsümöv Cavid Rəhimovun,
humanitar kollecin müəllimi Təranə Abbasovanın, dosent
Fəxrəddin Məmmədovun, dosent Zakir Zeynalovun
suallarını cavablandırıb. Sonra çıxışlar olub. Çıxış
edənlər “açıq dərs”in əhəmiyyətindən, məziyyətlərindən,
müəllimin pedaqoji ustalığından danışaraq dərsi yüksək
qiymətləndiriblər.
GDU-nun Mətbuat xidməti |