Dekabrın
1-də Azərbaycan Dillər Universitetində (ADU) İnformasiya
Resurs Kompleksinin Dünya xalqlarının folklor mərkəzinin
təşkilatçılığı ilə “Azərbaycan-İordaniya münasibətləri:
tarix və mədəniyyət” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən universitetin Çin dili və
mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq
Abbasov Azərbaycan-İordaniya münasibətlərinin tarixindən
danışıb. İki ölkə arasındakı dostluq, çoxtərəfli
əlaqələrin inkişafında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığına
etdiyi səfərlərin xüsusi rolu qeyd edilib.
Çıxış üçün söz alan İordaniya Haşimilər Krallığının
Azərbaycandakı səfirinin konsulu Saad Hasal tədbirə
dəvət aldığı üçün şad olduğunu bildirib. O, belə
görüşlərin Azərbaycan və ərəb ölkələri arasında mövcud
olan münasibətləri daha da gücləndirdiyini vurğulayıb.
ADU-nun xarici dillər kafedrasının baş müəllimi Ülviyyə
Hüseynova, təlimdə innovasiyalar kafedrasının müəllimi
Rəna Fərəcova, Dünya xalqlarının Folklor mərkəzinin
mütəxəssisi Nigar Mancanova Azərbaycan və İordaniya
arasında mövcud olan humanitar əlaqələr, İordaniya
tarixi və mədəni abidələri, iki ölkənin qadın hərəkatı
və qadın liderləri barədə danışıblar.
Sonra universitetin tələbələri Azərbaycan-İordaniya
arasındakı əlaqələr haqqında iştirakçılara məlumat
veriblər.
Tədbirdə İordaniya Haşimilər Krallığının Azərbaycandakı
səfirliyinin əməkdaşı Emad Obeydat da iştirak edib.
Tədbir ADU-nun tələbələri tərəfindən hazırlanmış
musiqili-bədii proqramla yekunlaşıb.
Tədbirdən sonra qonaqlar ADU-nun İnformasiya Resurs
Kompleksi ilə yaxından tanış olublar.
İctimaiyyətlə əlaqələr
Departamenti |