Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir

 

Böyütmək üçün seçinDekadrın 1-də Bakı şəhəri 245 nömrəli  tam orta məktəbdə   Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin təşəbbüsü ilə görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun 160 illik  yubileyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Dövlət himni ilə başlayan tədbiri məktəbin dil-ədəbiyyat müəllimi  İlhamə Həsənova  açaraq qonaqları salamlayıb.

Sonra  söz yazıçı-publisist  Şəmistan Nəzərliyə verilib. Bildirilib ki,  1918-ci il dekabrın 26-da Xalq Cümhuriyyətinin hərbi naziri təyin olunan, rus ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov qısa müddətdə 30 minlik ordu yaratmağa nail olub, ölkəmizin ərazi bütövlüyünün qorunmasında, hərbi təhlükəsizliyin təmin olunmasında mühüm tarixi rol oynayıb.

Çıxış edənlər Səməd bəy Mehmandarovun keçdiyi şərəfli həyat yolundan bəhs ediblər. Vurğulanıb ki, general döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazıb.

Sonra  VI “d”  və  IX “d” sinif şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səslənib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Məktəbin direktoru Ülviyyə İsmayılova tədbirin təşkilati işlərində  və keçirilməsində  əməyi olan Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin metodiki  şöbəsinin müdiri  Vəsilə Əhmədovaya,  metodist Nəzakət İbrahimovaya təşəkkürünü bildirib.

Sonda mərkəzin rəhbərliyi tərəfindən fəal şagirdlərə diplomlar təqdim olunub. 

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov