Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Goranboy təhsilində ciddi irəliləyiş olacağına inanırıq

 

 Artıq bir neçə müddətdir ki, Ağababa İbrahimov Goranboy Rayon Təhsil Şöbəsinin  müdir  müavini vəzifəsində çalışır. Öz yüksək peşəkarlığı, idarəetmə sahəsindəki əldə etdiyi uzunillik təcrübəsi onun rəhbərliyi ilə Goranboy rayonunun təhsilində mühüm irəliləyişlərin olacağına əminlik yaradır. Elə bu günlərdə Goranboy rayonunun Qaradağlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Hümbətovanın qəzetimizə göndərdiyi yazısında da adıçəkilən rayonun təhsili ilə bağlı son vaxtlar canlanmanın hiss olunmasından, rayonun təlim- tərbiyə müəssisələrində bir sıra müsbət işlərin görülməsindən, orta ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin  yüksəldilməsi istiqamətində aparılan işlərdən,  məktəb-ictimaiyyət-valideyn  münasibətlərinə diqqətin artırılması məsələlərinə xüsusu önəm verilməsindən söz açılır. Bir müəllimin qələmə aldığı sətirlərdə bütövlükdə  Goranboy təhsilində aparılan əsaslı dəyişikliklərdən bəhs olunur. Yazının müəllifi  Goranboy Rayon Təhsil Şöbəsinin müdir müavini Ağababa İbrahimovun məhz adıçəkilən rayonda fəaliyyətə başladığı gündən ilk işinin bütün  təlim-tərbiyə müəssisələrində çalışan təhsil işçiləri ilə yaxından tanış olmasını, onlarla səmimi ünsiyyətini, Azərbaycan təhsilinin inkişafında bu rayonun təhsil işçilərinin öz töhfələrini vermələri üçün bir sıra təkliflərini, tövsiyələrini yüksək qiymətləndirir. Yazıda deyilir:  “Ağababa müəllim səmimiyyəti ilə bizləri özünə yaxın dost edib. Onun Goranboyda təhsillə bağlı konkret mühüm addımların atılması  üçün bizimlə bölüşdüyü dəyərli fikirlər müəllimlərin, bütövlükdə rayonun təhsil ictimaiyyətinin qarşısında olduqca mühüm vəzifələr qoyur. Ağababa müəllim rayonumuzun təhsilinin inkişafı, onun nüfuzunun yüksəldilməsində olduqca qərarlıdır. Onun uzunillik təhsil sahəsindəki səmərəli, peşəkar  fəaliyyəti  biz  müəllimlərdə rayonumuzun təhsil həyatında əsaslı irəliləyişlərin olacağına,  qısa bir müddət ərzində təhsil sahəsində yeni-yeni uğurlara imza atacağımıza  əminlik yaradır”.

Biz də  bu nikbin notlar üzərində qurulmuş yazının müəllifinin əminlik ifadə edən fikirlərinə qoşularaq yaxın vaxtlarda Goranboy rayonunun təhsilinin inkişaf edəcəyindən, onun keyfiyyətinin yüksələcəyindən, qazanacağı yeni-yeni nailiyyətləri ilə Azərbaycan təhsilində özünəməxsus yer tutacağına  ümid edirik  və bu yolda  rayon təhsil şöbəsinin  müdir  müavini  Ağababa İbrahimova  uğurlar arzulayırıq. 

Samirə  KƏRİMOVA,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov