Bakı Dövlət Universitetində Tələbə Həmkarlar
İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümumdünya
QİÇS-lə Mübarizə Günü ilə əlaqədar “Gənclər zərərli
vərdişlərə qarşı” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU THİK-in sədr
müavini Eltac Cəbiyev universitetdə bu tip mövzularda
keçirilən tədbir və layihələr haqqında məlumat verib,
BDU-nun tələbələrini zərərli vərdişlərdən uzaq durmağa
çağırıb.
1 nömrəli tibb texnikumunun anatomiya kafedrasının
müdiri Mənsurə Səttarova QİÇS-in coğrafi yayılması,
yayılma səbəbləri, QİÇS xəstəliklərinin əlamətləri,
qarşısının alınmasının yolları haqqında tələbələri
məlumatlandırıb. Daha sonra söz Nuran Gündüzoğluna
verilib. O, “Gənclər zərərli vərdişlərə qarşı”
mövzusunda təqdimatla çıxış edib. Çıxışında zərərli
vərdişlərdən gənclərin qorunmasının əsas qüvvənin özləri
olduqlarını bildirib.
Qızıl Aypara Cəmiyyətinin Yasamal rayon
təşkilatının sədri Şahin Hüseynov zərərli vərdişlərdən
və xəstəliklərdən qorunmanın yolları haqqında məlumat
verib. O, eyni zamanda Qızıl Aypara Cəmiyyətinin bu
mövzularda təşkil etdiyi beynəlxalq tədbirlər haqqında
məlumatları tələbələrin nəzərinə çatdırıb.
BDU-nun jurnalistika fakültəsinin müəllimi Mübariz
Göyüşlü Azərbaycanda QİÇS-ə qarşı mübarizə haqqında
danışıb, gəncləri bu xəstəliklərə və zərərli vərdişlərə
qarşı birgə mübarizə aparmağa çağırıb.
BDU THİK İctimaiyyətlə əlaqələr
departamenti |