“Elektron təhsil” Respublika müsabiqəsinə təqdim olunan
900 layihədən 207-si nominant olaraq seçilib və növbəti
mərhələyə buraxılıb. Həmin layihələr növbəti mərhələdə
münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcək.
Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində
informasiya texnologiyalarından fəal istifadə edən
müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron
tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına
tanıtmaq, internetin imkanlarından istifadə etməklə
həyata keçirilən yeni tədris üsulları barədə ölkənin
təhsil ictimaiyyətini məlumatlandırmaq, tədrisdə İKT-nin
tətbiqinin yeni formalarını axtarmaq, təhsil
müəssisələrində elektron resurslardan istifadəni
genişləndirmək, müəllim və şagirdləri elektron resurslar
yaratmağa və hazır resurslardan istifadəyə
stimullaşdırmaqdan ibarətdir. Müəllim və şagird
istiqamətləri üzrə 6 nominasiyada təşkil olunan
müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti,
pedaqoji kadrların ixtisasartırması və
yenidənhazırlanması ilə məşğul olan qurumların metodist
mütəxəssisləri və məktəblilər qatılıblar.
Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, “Təhsildə
İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi,
“Edumedia Azərbaycan” və “Nar Mobile” tərəfindən
dəstəklənir.
Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə
indiyə qədər ümumilikdə 5000-dən artıq layihə təqdim
olunub.
www.edu.gov.az |