28-29 noyabr 2015-ci il tarixlərində Xaçmaz rayonunun
ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik
və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
keçirilib.
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən
diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə
2300-dən çox müəllim iştirak edib. İmtahanlar bitdikdən
dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri
açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az)
şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış
ola bilərlər.
Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə
ümumi təhsil proqramına uyğun 40, metodika və təlim
strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq
qaydalara görə, hər bir düzgün cavab 1 balla
qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə
üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər
bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab
olunurlar.
Qeyd edək ki, diaqnostik qiymətləndirmədə Təhsil
Nazirliyi sisteminə daxil olan ümumi təhsil
müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi
əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və
gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak
ediblər.
www.edu.gov.az |