2015-ci ilin noyabr ayında Təhsil Nazirliyinin Telefon
Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146)
daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində
vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika
açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8824 zəng
(2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 dəfə,
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox)
daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4653
vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu
Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu
xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və
operativ həll olunub. 597 vətəndaş sorğularına uyğun
olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq
məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu
Mərkəzində 1228 sənəd (798 məktub, 405 ərizə, 25 digər
sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdən daha çox ali təhsil
sənədlərinin (diplomların) tanınması (nostrifikasiya),
müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil
müəssisələrində şagirdlərin yerdəyişməsi, yerli ali
təhsil müəssisələrinə köçürülməsi və bərpası ilə bağlı
məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində
ən çox həftənin bazar ertəsi (2103 zəng) və çərşənbə
axşamı (1868 zəng) günləri, əsasən, saat 10:00-dan
12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub.
Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə
(1025 müraciət) və bazar ertəsi (1009 müraciət) günləri,
əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək
müraciət edilib.
www.edu.gov.az |