Noyabrın
30-da təhsil naziri Mikayıl Cabbarov Beyləqan
şəhərindəki Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli,
Ağdam və Tərtər rayon sakinlərini qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci
ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda
vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş
yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə
dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin
tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin
bir təhsil müəssisəsindən digərinə köçürülməsi, tədris
müəssisələrinin maddi-texniki bazasının
yaxşılaşdırılması, təhsil haqqı və bir sıra digər
məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda vətəndaşların müraciəti dinlənilib və əksər
məsələlər yerindəcə həllini tapıb. Bir sıra
müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına
tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid
olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə
müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və
nəzarətə götürülüb. |