Yunanıstanda yeniyetmələr və daha aşağı yaş qrupu üzrə
keçirilən dünya birinciliyinə yekun vurulub. Çempionata
geniş heyətlə qatılan Azərbaycan millisi vətənə uğurla
qayıdır. Belə ki, komandamızın heyətində Məhəmməd
Muradlı yarışın çempionu adına layiq görülüb. 2121
reytinq xalına malik olan həmyerlimiz 14 yaşadək
şahmatçılar arasında mübarizədə 11 turdan 9 xal
toplamaqla, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O,
ikinci və üçüncü pillədə müvafiq olaraq qərarlaşan Sarin
Nihal (Hindistan) və David Penqi (ABŞ) əlavə
göstəricilərə görə üstələyib.
Qeyd edək ki, Azərbaycan 1 qızıl medal qazanan 8 ölkədən
biri olub.
Rəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi” |