Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Qran-pri yarışları cüdoçularımız üçün uğurlu olub

 

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışlarının üçüncü - sonuncu yarış günü də cüdoçularımız üçün uğurlu olub. Azərbaycan milli komandası aktivinə daha 3 medal yazdırıb.

90 kq çəki dərəcəsində yarışan Ramin Qurbanov  mübarizəyə  ikinci  turdan, yerli  cüdoçu  Ksun  Jao Çenqi məğlub edərək qoşulub. Daha sonra Monqolustan idmançısı Otqonbatar Lxaqvasurenə qalib gələn Qurbanov 1/4 finalda kubalı cüdoçu Esli Qonzalesə uduzaraq təsəlliverici görüşlərə qatılıb. İdmançımız ilk qarşılaşmasında Böyük Britaniya təmsilçisi Enryu Bernsə qalib gəlib. Ramin Qurbanov bürünc medal uğrunda mübarizədə isə rusiyalı Kiril Voprosovu “ippon” fəndi ilə məğlub  edərək  qələbəni  bayram  edib. 

100 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Elmar Qasımov yarışa yaponiyalı Rutaro Qoto və gürcüstanlı Quram Tuşişvilini məğlub edərək başlayıb. 1/4 finalda isə o, argentinalı Hektor Kampos və koreyalı Hvanq Min-Hoya qalib gələn komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb. E.Məmmədov yarımfinalda Qazaxıstan cüdoçusu Maksim Rakova uduzub. Lakin cüdoçumuz Ukrayna təmsilçisi Artem Bloşenkonu məğlub edərək bürünc medal qazanıb. Elmar Qasımov da təsəlliverici görüşlərdə xorvatiyalı Zlatko Kumriç və almaniyalı Karl-Rixard Frey üzərində qələbə qazanaraq bürünc medala sahib olub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov