ABŞ-da keçirilən ağır atletika üzrə dünya çempionatında
Azərbaycan idmançısı Boyanka Kostova iki dünya rekordunu
yeniləyərək qızıl medala sahib çıxıb.
Federasiyanın məlumatına görə, atletimiz 252 kiloqram
ağırlığın (112+140) öhdəsindən gələrək fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Turnirdə 58 kiloqram çəki
dərəcəsində çıxış edən Boyanka Kostova birdən qaldırma
yarışlarında və ümumi nəticədə yeni dünya rekordu
müəyyənləşdirib. Əvvəllər dünya rekordu çinli Çen
Yanıçinə məxsus idi. |