15-19
noyabr 2015-ci il tarixlərində Şamaxı Şahmat Məktəbində
Milli Dirçəliş Gününə həsr edilmiş şahmat turniri
keçirilib.
Turnirdə 102 şahmatçı iştirak edib. İsveçrə sistemi
üzrə keçirilən yarışda 9 tur oynanılıb. 6 yaş qrupu
üzrə oğlanlar və qızlar arasında qaliblər müəyyən
edilib. 9 turdan 9 xal toplayan şəhər 9 nömrəli tam
orta məktəbin VIII sinif şagirdi Ramazan Mecidov
turnirin qalibi olub.
Yaş qrupları üzrə oğlanlar arasında 9 nömrəli tam orta
məktəbin I sinif şagirdi Comərd Sadıqlı (6 yaş), şəhər 2
nömrəli tam orta məktəbin III sinif şagirdi Toğrul
Kərimov (8 yaş), şəhər 3 nömrəli tam orta məktəbin V
sinif şagirdi Röyal Aslanov (10 yaş), şəhər 2 nömrəli
tam orta məktəbin VI sinif şagirdi Nadir İsmayılov (12
yaş) və VIII sinif şagirdi Tofik (14 yaş), Şamaxı
Avropa liseyinin IX sinif şagirdi Nicat Rəhimov (16 yaş)
çempionluq sevinci yaşamışlar.
Qızlar arasında isə müvafiq yaş qruplarında şəhər 2
nömrəli tam orta məktəbin şagirdləri - Əminə Şirəliyeva
(8 yaş), onun bacısı Aytac Şirəliyeva (12 yaş), Sabir
qəsəbə tam orta məktəbin şagirdi Turac Ağazadə (10 yaş),
Şamaxı Avropa liseyinin şagirdləri - Fəridə Rəhimova
(14 yaş) və İzzət Ağayeva (16 yaş) birinci pilləyə
yüksəliblər.
Qaliblərə diplomlar və mükafatlar təqdim edilib.
Turnir təsnifat xarakterli olduğundan şahmatçılar
müvafiq idman dərəcələrinə layiq görülüblər.
Şamaxı şahmatçıları oktyabr ayında Balakən
rayonunda keçirilən “Təhsil” Respublika İdman
Mərkəzinin şahmat üzrə respublika çempionatının zona
turnirində də uğurla yarışmışlar. Bu turnirdə 4
şahmatçımız final mərhələsinə vəsiqə qazanmışdır.
Quba şəhərində keçirilən final mərhələsində də Əli
Baloğlanov və Asim Sərxanov uğurla çıxış ediblər.
A.AĞAYEV,
Şamaxı Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru,
əməkdar müəllim |