| 
						
						
						 Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, 
						perspektivli idmançıların seçilməsi və velosiped 
						idmanında kütləviliyin təmin olunması məqsədilə Xətai 
						rayonunun orta məktəbləri arasında rayon çempionatı 
						keçirilib. Yarışda hər birinin tərkibində 3 oğlan və 1 
						qız olan 37 komanda iştirak edib. 
						
						Reqlamentə görə, komandalar 800 metrlik marşrut boyunca 
						yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə 29 nömrəli 
						orta məktəbin komandası layiq görülüb. 27 və 287 nömrəli 
						məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü 
						yerləri tutublar. 
						
						Analoji yarışlar paytaxtın digər rayonlarının məktəbləri 
						arasında da təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri 
						tutan komandalar isə final mərhələsi gələn ilin 
						yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında 
						iştirak hüququ əldə edirlər. |