Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

“Su qoruqçuları” adlı beynəlxalq ekodərs

 

Böyütmək üçün seçinBakıdakı 81 nömrəli tam orta məktəbin 9 və 10-cu sinif şagirdlərinin biologiya dərslərindən biri PepsiCo şirkətinin təşəbbüsü, “Eko” adlı Yaşıl hərəkatın dəstəyi ilə həyata keçirilən “Su qoruqçuları” adlı beynəlxalq maarifləndirici layihəsinə həsr olunub. Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə reallaşdırılan “Su qoruqçuları” adlı dərsin məqsədi şagirdlərə bütövlükdə planetimizdəki su ehtiyatlarına, o cümlədən öz ölkəsinə qarşı məsuliyyətli yanaşmanı formalaşdırmaq, eləcə də gündəlik həyatlarında suyu qoruyub saxlamağı öyrətməkdir. Layihə qarşımızda önəmli əməli bir məqsəd qoyur: Şagirdlərə evdə, məktəbdə və təbiətdə gündən-günə suyu qorumaq üçün sadə əməlləri və addımları öyrətmək. Dərsin gedişində məktəblilər su ehtiyatlarını iqtisadiyyata, cəmiyyətə və planetimizin ekosisteminə nə qədər önəmli olduğunu anlayacaq və XXI  yüzillikdə olan su ilə bağlı aktual problemlərdə daha çox öyrənəcəklər.

“Su qoruqçuları” adlı ekodərs müasir təhsilin ən aktual vəzifələrindən birini, yəni şagirdlərin gündəlik suyun qorunub saxlanması vurğusu ilə ekoloji maariflənməsini həll edir. Suyun qoruqçuları ən müxtəlif insanlar, o cümlədən şagirdlərdir. İctimai qurumların çoxu, fəal şagirdlər suyu qoruyub saxlamaq üçün iş görürlər: sahilləri təmizləyir, qanunsuz çirklənmənin qarşısını alır, istifadədə olan suyu qoruyur və təbii ki, başqa şagirdləri də maarifləndirirlər. Bəs hər birimiz suyu qoruyub saxlamaq üçün nələr edə bilərik? Gəlin, yaradıcılığımız və xəyallarımızı nümayiş etdirib su qoruqçuları olaraq özümüzü təsəvvür edək. Axı yalnız birgə səyimizlə böyük nəticələrə nail olarıq! İşin interaktiv, yaradıcılıq formatı və əvvəlcədən hazırlanmış prezentasiya və videoçarx məktəblilərə məlumatı maksimal olaraq effektiv çatdırmağa imkan verir. 

Rüsxarə HƏSƏNOVA,
Bakıdakı  81 nömrəli tam orta məktəbin biologiya müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov