Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

 Qaradağ rayonundakı somatik sanatoriyada uşaqlarla görüş

 

“Uşaq hüquqları aylığı”nın yekunu olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayondakı 6 nömrəli uşaq somatik sanatoriyasında müalicə alan uşaqlarla görüş keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) 26-cı ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan olunması ilə bağlı Qaradağ rayonunun orta ümumtəhsil məktəblərində, uşaq tərbiyə müəssisələrində müxtəlif tədbirlər, “dəyirmi masa”lar, treninq-seminarlar keçirilib, maarifləndirmə tədbirləri, sərgilər təşkil olunub.

Tədbirdə qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Heydər Əliyev Fondunun uşaqların hərtərəfli inkişafı, yüksək standartlara cavab verən təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində önəmli layihələr həyata keçirdiyi vurğulanıb.

Çıxışlarda ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şəraitin mövcud olduğu bildirilib. Uşaqların zəngin mədəni sərvətlərimizə, tariximizə, fundamental dəyərlərimizə hörmətlə yanaşan layiqli vətəndaş kimi yetişdirilməsinin və hərtərəfli şəxsiyyət olaraq formalaşdırılmasının vacib şərt olduğu qeyd edilib.

Sonda rayonda keçirilən inşa və rəsm müsabiqəsinin qalibləri fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov