Bakı şəhəri ümumtəhsil məktəbləri və məktəbdənkənar
təhsil müəssisələrində uşaqlara diqqətin artırılması,
uşaq hüquqlarının həyata keçirilməsi mexanizminin daha
da yaxşılaşdırılması, onların daha effektiv müdafiəsinin
təmin olunması, məktəblilər arasında hüquqi
maarifləndirmənin aparılması məqsədilə Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
təşəbbüsü ilə respublikamızda elan olunmuş “Uşaq
hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər
keçirilmişdir.
Tədbirlərdə şagirdlərə BMT-nin 20 noyabr 1989-cu il
tarixində qəbul etdiyi mühüm beynəlxalq sənədlərdən olan
Uşaq Hüquqları Konvensiyasının müddəaları izah edilmiş,
bu Konvensiyanın şərti olaraq dörd kateqoriyası –
yaşamaq, inkişaf, iştirak və müdafiə kateqoriyaları
barədə məlumat verilmiş, interaktiv müzakirələr
aparılmışdır.
Habelə “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının Qanunu və digər qanunvericilik aktları
barədə də tədbir iştirakçılarına ətraflı məlumat
verilmişdir.
Təhsil müəssisələrində valideynlər üçün “Uşaq
hüquqlarını pozmayaq”adlı seminarlar da təşkil
olunmuşdur.
Bakı şəhəri ümumtəhsil məktəbləri və məktəbdənkənar
təhsil müəssisələri şagirdlərinin öz hüquqlarını tanıyıb
və qoruması, bilik, bacarıq və qabiliyyətlərinin
inkişafı üçün daima əlverişli şərait yaradaraq “Heç bir
uşağı diqqətdən kənarda qoymayaq!” şüarı altında
fəaliyyətini hər zaman davam etdirir. |