Riyaziyyat
fənni
V sinif
Məzmun standartları:
3.1.2. Uzunl
uğu məlum olan parçanı, dərəcə ölçüsü verilən bucağı,
iki tərəfi və onlar arasında qalan bucağa görə üçbucağı,
tərəflərinə görə üçbucağı qurur.
3.1.5. Üçbucaqların tərəflərinə və bucaqlarına görə
təsnifatını aparır.
Məqsəd:
1. Üçbucağı tərəflərinə və bucağına görə növlərə ayırır.
2. Üçbucağın daxili bucaqlarını ölçür.
3. İki tərəf və onlar arasındakı bucağa görə üçbucaq
qurur.
Mövzu:
Üçbucağın qurulması.
İş forması:
Cütlərlə iş, kollektiv iş.
İş üsulu:
Beyin həmləsi.
İnteqrasiya:
Texnologiya, təsviri incəsənət.
Resurs:
Kompüter, proyektor, promethean interaktiv löhvəsi,
dərslik, metodik vəsait.
İstifadə olunan saytlar:
learningapps.org; prometheanplanet.com; bloggif.com
İstifadə olunan proqramlar:
Activinspire; Camtasia Studio.
Dərsin gedişi:
Öncə onu qeyd edim ki, bu elektron-resurs Activinspire
proqramında hazırlanıb və elektron lövhə üçün nəzərdə
tutulub.
Salamlaşma və sinfin təşkilindən sonra dərsin motivasiya
mərhələsinə keçid alınır.
Motivasiya
(8 dəq):
Üçbucaq haqqında biliklər qısa xatırlanır. Üçbucağın
bucaqlarına və tərəflərinə görə növləri müəyyən edilərək
cavablar düzbucaqlı çərçivəyə yerləşdirilir.
Bu tapşırığın hazırlanmasında Activinspire proqramının
funksiyalarından biri olan konteynerdən istifadə edilib.
Belə ki, şagird səhv cavab verdiyi halda çərçivə cavabı
qəbul etmir. Bununla da şagird tapşırığı düz və ya səhv
yerinə yetirdiyini özü təyin edir (bax: slayd 1).
Növbəti flipçartda hər buludun arxasında bir sual
yerləşdirilib. Hər suala uyğun şəkli çəkmək lazımdır.
1. İtibucaqlı üçbucaq çək.
2. Korbucaqlı üçbucaq çək.
3. Düzbucaqlı üçbucaq çək.
Bunun üçün əvvəlcə uyğun çərçivədə ABC işarəsinin
üzərinə vurub, sonra təpə nöqtələri lazım olan tərəfə
hərəkət etdirilir. Bu flipçartda şagird üçbucağın
təxmini çəkilmə qaydasını və növlərini ayırmaq yollarını
daha yaxşı mənimsəyir (bax: slayd 2).
Növbəti 2 tapşırıq ikili rejimdə tez bir zaman ərzində
həll edilir.
Ulduz üzərinə vurmaqla sual ekrana gəlir:
“Yerdə olan üçbucaqlar içərisində korbucaqlı üçbucaqları
tapın”.
Verilən zaman içərisində 2 şagird tərəfindən doğru
üçbucaqlar təyin edilir. Nəticədə şagirdlər fiqurları
fərqləndirməyi və ətraf mühitlə əlaqələndirməyi
bacarırlar (bax: slayd 3).
Üçbucaq üzərində verilmiş kiçik üçbucaqlar uyğun
xanalara yerləşdirilir.
1. Üçbucağı tərəflərinə görə ayıraq.
2. Üçbucağı bucaqlarına görə ayıraq.
Lövhəyə 2 şagird çıxarılır. Verilən zaman ərzində
şagirdlərdən biri soldakı, digəri sağdakı tapşırığı
yerinə yetirir (bax: slayd 4).
Daha sonra Learningapp.org saytında hazırlanmış resurs
(puzzle) şagirdlərə təqdim olunur.
Puzzle 12 hissədən ibarətdir. Hər hissədə 1 tapşırıq var,
şagirdlər tapşırığı həll etməklə verilən üçbucağın 4
növdən - tərəflərinə görə növləri, bucaqlarına görə
növləri, korbucaqlı üçbucaq və düzbucaqlı üçbucaq
növlərindən hansına aid olduğunu təyin etməlidir.
Doğru seçim etdikcə tapşırığın arxasında olan şəklin
uyğun hissələri açılır. İnteraktiv tapşırıq yerinə
yetirildikdən sonra açılan şəkil əsasında tədqiqat sualı
qoyulur (bax: slayd 5).
Tədqiqat sualı
(7 dəq):
1. Ekranda açılan təsvirin bugünkü dərslə nə əlaqəsi
var? (bax: slayd 6).
Cavablar dinlənilir və əlaqə tapıldıqdan sonra aşağıdakı
tapşırıqlar şagirdlər tərəfindən həll edilir.
Tapşırıqlarda həm üçbucaqlar, həm də ölçülər verilib.
Şagirdlər şərtə uyğun üçbucaqları təyin etməlidirlər:
1. İki tərəfinin uzunluğu 7 sm, 8 sm və arasındakı bucaq
100 dərəcə olan üçbucağı tap.
2. İki tərəfinin uzunluğu 4 sm, 4 sm və arasındakı bucaq
80 dərəcə olan üçbucağı tap.
3. İki tərəfinin uzunluğu 5 sm, 7 sm və arasındakı bucaq
60 dərəcə olan üçbucağı tap.
4. İki tərəfinin uzunluğu 6 sm, 6 sm və arasındakı bucaq
80 dərəcə olan üçbucağı tap.
“Ölç və tap!” üzərindən tutmaqla ekranın mərkəzinə
səhifəni sürüşdürüb ölçmələr yerinə yetirilir. Şərtlərə
uyğun üçbucaqlar təyin edilir. Bucaq və ya tərəfin
uzunluğunu ölçmək üçün lazım olacaq transportir və
xətkeş səhifənin aşağı sağ küncündə yerləşdirilib.
Ölçmək üçün üzərinə vurmaqla ekrana gətirib istifadə
bitdikdən sonra bağlaya bilərsiniz. Düzgün variantlar
təyin edildikdən sonra üçbucaqlar olan səhifə kənara
çəkilir və verilmiş tapşırıqların qarşısındakı mavi
oxları sağa sürüşdürməklə cavabı yoxlamaq olar.
1. Hər tapşırığa 1 dəqiqə vaxt verilir (bax: slayd
7).
Bu tapşırıqlar yerinə yetirildikdən sonra şagirdlərə
belə bir sual verilir:
İki tərəf və arasındakı bucaq məlum olduğu halda (üçbucaq
məlum deyil) üçbucağı necə qurmaq olar?
Fikirlər dinlənilir. Sonra bu dərsdə qeyd edilən şərtlər
daxilində üçbucağın qurulma qaydasının öyrəniləcəyi və
qaydaya uyğun qurmalar yerinə yetiriləcəyi şagirdlərin
diqqətinə çatdırılır. Üçbucağın iki tərəfinin uzunluğu
və onlar arasında qalan bucaq məlum olduğu halda
qurulması qaydasını əks etdirən kiçik videofraqment
izlənilir.
Tədqiqatın aparılması
(8 dəq):
Şagirdlər cütlərə bölünür. Növbəti flipçartdakı
tapşırıqlar müəyyən edilmiş zaman ərzində ikili rejimdə
yerinə yetirilir. Tapşırıqlar belədir:
I cütlük:
1. Tərəfləri 3 sm, 5 sm və arasında qalan bucaq 70
dərəcə olan ABC üçbucağını qurun.
2. Tərəfləri 3 sm, 4 sm və arasında qalan bucaq 90
dərəcə olan ABC üçbucağını qurun.
II cütlük:
1. Tərəfləri 5 sm, 7 sm və arasında qalan bucaq 80
dərəcə olan ABC üçbucağını qurun.
2. Tərəfləri 3 sm, 6 sm və arasında qalan bucaq 100
dərəcə olan ABC üçbucağını qurun (bax: slayd 8).
İnformasiya mübadiləsi və müzakirə
(4 dəq): Bu mərhələdə şagirdlər tədqiqatın gedişində
əldə etdikləri informasiyaların mübadiləsini aparırlar.
Ümumiləşdirmə və nəticə
(14 dəq): Təqdimatlar müzakirə olunur və
ümumiləşdirilərək nəticə çıxarılır.
Sinif iki komandaya ayrılır və yarış keçirilir. Yarış
iki mərhələdən ibarətdir:
1-ci mərhələdə hər komanda 3 sualı cavablandırır.
Cavablara uyğun olaraq xal qazanır.
I mərhələdə daha çox bal qazanmış komanda II mərhələyə
keçir. Bu mərhələdə komanda nömrələnmiş tapşırıqları
ardıcıl yerinə yetirməklə pillə-pillə yüksəlir. Əgər
tapşırıqlar düzgün yerinə yetirilərsə, sonda komanda
qalib elan edilir və mükafatlandırılır. Mükafatlandırma
simvolik olaraq aparılır. Əgər sonuncu pillədə sual
düzgün qiymətləndirilərsə, pillələri qalxan komandaya
kubok verilir.
Bu yarış şagirdlərin dərsə marağını və fəallığını
artırmaq məqsədilə təşkil edilir.
Qiymətləndirmə
(3 dəq): Şagirdlər təqdimata, standarta əsasən
çıxarılmış qiymətləndirmə meyarlarına, cütlərlə
işlərində göstərdiyi fəallığa uyğun olaraq
qiymətləndirilir.
Yaradıcı tətbiqetmə
(1 dəq): Bunun üçün şagirdlərə aşağıdakı tapşırıq
verilir: Dəftərdə ixtiyari üçbucaq çəkin və onun iki
tərəfinin uzunluğundan 2 sm, arasında qalan bucağın
dərəcə ölçüsündən 10 dərəcə böyük olan üçbucağı qurun.
Günay HÜSEYNZADƏ,
Bakı şəhəri 193 nömrəli tam orta məktəb və 6 nömrəli
məktəb-liseyin
riyaziyyat və informatika müəllimi |