Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Tələbələrin rəsm əsərləri nümayiş olunub

 

Azərbaycan Dövlət Aqrar Universitetinin aqrotexnologiya fakültəsində dizayn ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərginin nümayişi olub. Sərgidə tamaşaçılara 14 tələbənin 50-dən artıq rəsm əsəri təqdim edilib. Mənsurə Hacıyevanın, Təranə Əsədovanın, Elvin Quliyevin, İlahə Məmmədovanın, Füruzə Tağıyevanın və digər gənc dizayner-rəssamların təqdim etdikləri müxtəlif janrlı əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sərginin açılışında ADAU-nun prorektorları Anar Hətəmov, Aidə Qasımova, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov,  aqrotexnologiya fakültəsinin dekanı Elman Mövsümov çıxış edib, tamaşaçılara təqdim olunan əsərləri tələbələrin hesabatı kimi dəyərləndiriblər.

Sərgidə  II kurs tələbəsi Mənsurə Hacıyeva 12 rəsm əsəri ilə iştirak edib.  Onun  fantaziya və düşüncələrinin məhsulu  olan  əsərlərini sərgi iştirakçıları maraqla  qarşılayıblar.

Özünün və tələbə yoldaşlarının fikirlərini ifadə edən Mənsurə Hacıyeva deyib ki, rəssam-dizayner olmaq onun çoxdankı arzusu olub və bu gün arzusu  gerçəkləşdiyi üçün özünü xoşbəxt hesab edir.

Sonra iştirakçılar gənc rəssam Mənsurə Hacıyevanın qardaşı, 7-ci sinif şagirdi Emil Hacıyevin fleytada ifa etdiyi musiqi nömrələrinin müşayiəti ilə sərgidə nümayiş olunan rəsm əsərlərinə baxıblar.

Sonda gənc rəssamlara diplomlar təqdim edilib. 

Qalib RƏHİMLİ,
ADAU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov