Bakı
Avrasiya Universitetinin bir qrup tələbəsi Gəncə Dövlət
Universitetində olub. BAU-nun Tələbə Gənclər
Təşkilatının “Dost-TGT” layihəsini həyata keçirmək üçün
Azərbaycanın qərb bölgəsindəki ali təhsil ocaqlarından
Gəncə Dövlət Universiteti seçilib.
GDU-nun əsas korpusunun akt zalında hər iki
universitetin Tələbə Gənclər Təşkilatının görüşü olub.
Tədbirdə GDU-nun humanitar məsələlər üzrə prorektoru
Asif Cavadov qonaqları salamlayaraq layihənin
məqsədəuyğunluğunu bildirib, hər iki universitetin
tələbələri üçün səmərəli olacağına inamını ifadə edib.
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının
sədri Orxan Məmmədov və Bakı Avrasiya Universiteti
Tələbə Gənclər Təşkilatının sədri Əlviyyə Qurbanova
çıxış edərək gördükləri işlər haqqında məlumat verib, bu
dostluq münasibətlərinin hər sahədə davam etdirilməsinin
gənclərimizə gözəl töhfə olduğunu nəzərə çatdırıblar.
Qonaqlar universitetin auditoriyalarında,
laboratoriyalarında olub, tələbələr üçün yaradılan
şəraitdən, müasir tələblərə cavab verən təchizatdan
razılıqlarını bildiriblər.
Görüşün sonunda Samux rayonunun idman meydançasında hər
iki universitetin komandaları arasında futbol yarışı
keçirilib. Gəncə Dövlət Universitetinin komandası 3:2
hesabı ilə qalib gəlsə də, hər iki tərəf dostluq
münasibətlərindən məmnunluq ifadə edib.
Mətbuat xidməti |