Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Tələbələr istehsal prosesi ilə tanış olublar

 

Böyütmək üçün seçinAzərbaycan Universitetinin maliyyə ixtisası üzrə ingilis dilində təhsil alan III kurs tələbələri sərinləşdirici içkilər istehsal edən “Azerbaijan Coca-Cola Bottlers MMC” şirkətində infoturda olublar. İnfotur sənaye müəssisələri ilə tanışlıq məqsədilə təşkil olunub.

Tələbələr öncə şirkətin xüsusi geyimləri ilə təmin olunublar. Onlara “Coca-Cola”nın yaranma tarixi, keçdiyi inkişaf yolu, o cümlədən şirkətdə ümumi iş prosesinin mahiyyəti izah olunub, məhsulların istehsal mərhələləri haqqında məlumat verilib.

Daha sonra tələbələr istehsal prosesi ilə də əyani şəkildə tanış olub, istehsalın böyük məsuliyyət və gigiyenik qaydalara riayət olunmaqla aparılmasına canlı şahidlik ediblər. Burada tələbələrin istehsal prosesi və mərhələləri ilə bağlı sualları da cavablandırılıb.

İstehsal prosesi ilə tanışlığın ardından tələbələrə şirkətin sosial yönümlü layihələri, həmçinin təcrübə və karyera imkanları ilə bağlı geniş məlumat verilib və qeyd olunub ki, insan resurslarına verilən dəyər “Coca-Cola”nın başlıca inkişaf istiqamətlərindən biridir.

Sonda xatirə şəkli çəkdirilib.

“Student&Business World” tələbə klubunun təşkilatçılığı ilə təşkil olunmuş infoturda tələbələri beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və biznes fakültəsinin dekan köməkçisi Turan Həsənov müşayiət edib.  

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov