Azərbaycan
Dillər Universitetində (ADU) “Post-universitet
imkanları: Avropa Kollecində Avropaşünaslıq üzrə Master
proqramı” mövzusunda seminar keçirilib. Seminarda
ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov,
regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin
dekanı, dosent Anar Nağıyev və adıçəkilən fakültənin
tələbələri iştirak ediblər.
Öncə qonaqları salamlayaraq ADU-da görməkdən
məmnunluğunu dilə gətirən Vazeh Əsgərov onları seminar
iştirakçılarına təqdim edib.
Avropa kollecinin Natolin kampusunun akademik assistenti
Pavel Mixalski öz təqdimatında Avropa kollecinin yaranma
tarixindən danışıb.
Sonda qonaq kollecə müraciət etmə proseduru haqqında
ətraflı məlumat verib.
Daha sonra Avropa Kollecinin Natolin kampusunun qrup
rəhbəri “The E-platform for neighbourhood” (Qonşuluq
platforması) adlı təqdimatla çıxış edib. Layihənin
Avropa Birliyi tərəfindən maliyyələşdirildiyini söyləyən
Cudita Fiedin bununla bağlı ətraflı məlumat verib.
Seminar tələbələri maraqlandıran sualların
cavablandırılması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr Departamenti |