Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) arasında əldə olunmuş razılığa əsasən, AMEA-da
çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi
dərslər tədris edəcəklər.
Nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun
AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə”
adlı məqsədli proqram ilə bağlı irəli sürdüyü təşəbbüsə
uyğun olaraq təşkil ediləcək.
AMEA alimlərinin elmi və elmi-popul
yar mövzular üzrə tədris edəcəkləri dərslər elmlə təhsil
arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə
marağının artırılması və tanınmış alimlərin
ardıcıllarının yetişdirilməsi məqsədlərinə xidmət edir.
Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə
həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə
formalaşdırılması da bu layihənin əsas qayələrindəndir.
|