Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Almaniyalı alim və mütəxəssislər Neft və Sənaye Universitetində olub

 

Böyütmək üçün seçinAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Şərqi, Mərkəzi Avropa və Cənubi Qafqaz regionu üzrə əlaqələndiricisi Kay Franke və Maqdeburq Universitetinin professoru Holm Altenbax ilə görüşüb.

ADNSU-dan bildiriblər ki, görüşdə M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, burada həyata keçirilən proqramlar barədə danışıb.

K.Franke Almaniya universitetləri ilə əməkdaşlıq imkanlarından söz açıb və ADNSU-nun bu əməkdaşlıqda maraqlı olmasından məmnunluğunu bildirib.

Professor H.Altenbax təmsil etdiyi ali məktəb ilə ADNSU arasında birgə layihələrin və akademik mübadilənin reallaşdırılmasının mümkünlüyünü qeyd edib.

Sonra əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov