Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Təhsil Problemləri İnstitutunda seminar-treninq keçirilib

 

Böyütmək üçün seçinNoyabrın 27-də Təhsil Problemləri İnstitutunda  “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin yekunu və sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirildi.

Tədbirir giriş sözü ilə açan institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bildirib ki,“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun “Fəaliyyət Planı”nın icrası üzrə Təhsil Nazirliyinin “Tədbirlər Planı”nda öz əksini tapmış onlarla tədbirin əsas icraçısı kimi ARTPİ respublikamızda ilk dəfə olaraq təlimlərin məzmununda və təlim texnologiyalarının tətbiqində fərqlilikləri tətbiq edərək təlim nəticələrinin yüksəldilməsinə çalışır.

Bu istiqamətdə institut tərəfindən keçirilən “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin ikinci mərhələsinə (16-27 noyabr) ilk peşə və orta ixtisas təhsili müəssisələrinin seçilmiş pedaqoji kadrları cəlb olundu. Seminar-treninqin proqramı pedaqoji kadrlar üçün innovativ təlim metodologiyasının, peşə-ixtisas təhsili sahəsində ixtisasların əmək bazarının dəyişən tələblərinə yönəlmiş, kompetensiyalara əsaslanan modul tipli təhsil standartları və proqramlarının (kurikulumların) hazırlanması, tətbiqi və müvafiq resursların yaradılması sahəsində bilik və bacarıqların formalaşdırılmasını təmin edəcək 60 saatlıq seminar-treninqin ümumi məzmununu özündə əks etdirir.

Bakı şəhərində və regionlarda yerləşən ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinin də qatıldığı tədbirdə Qulu Novruzov qeyd etdi ki, təlim prosesinə innovativ pedaqoji texnologiyaların gətirilməsi, məzmunda fərqli və müasir yanaşmaların tətbiqi zəruridir.

Q.Novruzov müəllimin təhsilin inkişafına təkan verən ən önəmli faktorlardan biri olduğunu vurğulayaraq, müəllimlərin səriştə və pedaqoji qabiliyyətlərinin daha da artırılması məqsədi ilə Təhsil Nazirliyinin “Tədbirlər Planı”nda bir sıra məsələlərin öz əksini tapmış olduğunu qeyd etdi.

Tədbirdə çıxış edənlər seminarın səmərəliliyini qeyd etdilər və bunun üçün Təhsil Nazirliyinə, Təhsil Problemləri İnstitutuna təşəkkürlərini bildirdilər.

Tədbirdə müdavimlərə sertifikatlar verildi. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov