Rusiya Federasiyasının Stavropol diyarının Yessentuki
şəhərində Bakı Dövlət Universitetinin yaradıcılarından
biri və ilk rektoru, professor Vasili Razumovskinin
xatirə barelyefinin açılış mərasimi keçirilib. Tədbirdən
əvvəl V.Razumovskinin məzarı ziyarət edilib, onun
üzərinə əklil qoyulub. Sonra böyük alimin adını daşıyan
küçədə barelyefinin açılış mərasimi keçirilib.
Yessentuki şəhərinin meri Aleksandr Nekristov Bakı
Dövlət Universitetinin təşəbbüsü ilə professor Vasili
Razumovskinin barelyefinin açılışını yüksək
qiymətləndirib. Mer V.Razumovskini böyük alim və dəyərli
insan kimi xarakterizə edib.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru,
akademik Abel Məhərrəmov bu günün universitet üçün
tarixi əhəmiyyətindən bəhs edib. Abel Məhərrəmov
ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu və fəxri
doktoru olmasından, Prezident İlham Əliyevin elmə və
təhsilə olan diqqət və qayğısından da bəhs edib.
Mərasimdə Milli Məclisin deputatı Mixail Zabelin,
Azərbaycanın Rusiyadakı səfirinin müşaviri Vüqar
İmamquliyev, Dağıstan Dövlət Universitetinin rektoru
Murtuzəli Rabadanov, Çeçen Dövlət Universitetinin
prorektoru Ruslan Kutuyev, Rusiya Dövlət Humanitar
Universitetinin Georgiyevsk filialının direktoru Kim
Vladimir, Cənub Federal Universitetinin prorektoru
Sergey Dyujikov çıxış ediblər.
Tədbirin sonunda Razumovskinin nəticəsi Fyodor
Boqorodski barelyefin açılışına görə təşəkkürünü
bildirib.
Onu da bildirək ki, tədbir çərçivəsində Yessentuki
şəhər meriyasında Bakı Dövlət Universiteti və meriya
arasında əməkdaşlıq haqqında sazişimzalanıb, şəhər Tarix
Diyarşünaslıq Muzeyində BDU guşəsinin açılışı baş tutub.
|