Noyabrın 26-da təhsil naziri Mikayıl Cabbarov İslam
Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş
Konfransının XII sessiyasında iştirak etmək üçün
Azərbaycana səfər edən Əfqanıstanın təhsil naziri
Əsədullah Hənif Bəlxi ilə görüşüb.
Görüşdə təhsil sahəsində əməkdaşlıq perspektivləri, o
cümlədən Əfqanıstanın təhsil sisteminin inkişaf
prosesinə dəstək, əfqanıstanlı müəllimlərin
ixtisasartırma kurslarında iştirakı və bu ölkədən olan
tələbələrin Azərbaycanın ali təhsil müəssisələrində
təhsil imkanları kimi məsələlər müzakirə edilib. |