Noyabrın 25-də təhsil naziri Mikayıl Cabbarov
Fransa Respublikasının Azərbaycan Respublikasına yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Orelia
Buşezi qəbul edib.
Mikayıl Cabbarov ilk öncə 13 noyabr tarixində
Parisdə baş vermiş dəhşətli terror hadisələri ilə
əlaqədar səfirə başsağlığını verib.
Səfir Azərbaycan tərəfinin dəstəyindən və
tolerantlığa əsaslanan prinsipial mövqeyindən
təsirləndiyini bildirib və buna görə təhsil nazirinə
təşəkkürünü ifadə edib.
Təhsil naziri 2-4 noyabr tarixlərində Fransa
Respublikasına işgüzar səfəri çərçivəsində fransalı
həmkarı ilə görüşdüyünü, Yuxarı Elzas Universitetində
Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət
kafedrasının açılışında iştirak etdiyini qeyd edib.
Bakı Fransız Liseyinin fəaliyyətindən və
Azərbaycan-Fransız Universitetinin təsis edilməsinə dair
danışıqların davam etdirilməsindən razılığını ifadə edən
Mikayıl Cabbarov təhsil sahəsində əməkdaşlığın daha da
inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
www.edu.gov.az |