Noyabrın 26-da təhsil naziri Mikayıl Cabbarov
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO)
Baş Konfransının XII sessiyasında iştirak etmək üçün
Azərbaycana səfər edən Pakistan İslam Respublikasının
federal təhsil və peşə təlimi, daxili və narkotiklərə
nəzarət üzrə naziri Məhəmməd Balığ Ur Rəhman ilə görüşüb.
Görüşdə iki ölkə arasında təhsil sahəsindəki
əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.
|