Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Azərbaycan və Rusiyanın təhsil nazirləri SABAH qrupları ilə tanış olub, Xalça Muzeyini ziyarət ediblər

 

Bakıda səfərdə olan Rusiyanın təhsil və elm naziri Dmitri Livanov Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla birlikdə Dövlət İqtisad Universitetində SABAH qruplarının tələbələri ilə görüşüb. Qonağa SABAH layihəsi haqqında məlumat verilib. Layihəni müsbət dəyərləndirən Rusiyanın təhsil və elm naziri bu sahədə təcrübə mübadiləsi aparmağı təklif edib.

Daha sonra nazirlər Xalça Muzeyində olublar. Qonağa məlumat verilib ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır.

Böyütmək üçün seçin Böyütmək üçün seçin
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov