Prezident
İlham Əliyev mərasimdə iştirak edib
Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının
açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
sessiyada iştirak ediblər.
Sessiyanın açılışında beynəlxalq təşkilatların və xarici
ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və
təhsil nazirləri, diplomatlar iştirak ediblər.
Təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər
üç ildən bir toplanır. ISESCO-nun ümumi fəaliyyət
strategiyasını müəyyən edən Baş Konfrans zamanı
təşkilatın fəaliyyət sahələrinə aid olan məsələlərlə
bağlı əlaqələndirmə və qiymətləndirmə həyata keçirilir,
qurumun növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi
təsdiqlənir.
ISESCO-nun Baş Konfransının XII sessiyası
“Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.
Dövlətimizin başçısı sessiyada çıxış etdi.
Prezident İlham Əliyev “Dostluq” ordenini ISESCO-nun baş
direktoru Əbdüləziz Osman əl-Tuveycriyə təqdim etdi.
ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri
çıxış etdi.
Daha sonra mükafatlandırma mərasimi oldu. ISESCO-nun
2015-ci il üzrə “Savadlılıq” mükafatına Nigeriyanın
nümayəndəsi layiq görüldü.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
Baş Konfransın nümayəndələri ilə xatirə şəkli
çəkdirdilər.
Daha sonra dövlətimizin başçısı və xanımı konfrans
iştirakçıları ilə görüşərək onlarla söhbət etdilər.
AZƏRTAC |