Estoniyanın
Haapsalu şəhərində gənclər və yeniyetmələr arasında
komanda və şəxsi dərəcələrdə tanınmış tennisçi Albert
Kanepinin xatirəsinə həsr olunmuş açıq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin birinci günündə
keçirilmiş komanda yarışlarında idmançılarımız gözəl
oyun nümayiş etdirərək final mərhələsinə yüksəliblər.
Finalda çox güclü rəqib olan Estoniya tennisçilərini 3:0
hesabı ilə məğlub edən idmançılarımız birinci yeri
tutublar.
Gənclər və yeniyetmələr arasında şəxsi yarışlarda isə
Denq Simenq təcrübəli estoniyalı idmançıya böyük xal
hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək
pilləsində qərarlaşıb. Yığmamızın digər üzvü Zou Çuyi də
layiqli oyun nümayiş etdirərək turnirdə üçüncü yerə
sahib olub.
Estoniyada Azərbaycanın stolüstü tennisçiləri böyük uğur
qazanaraq yeddi ölkə arasında birinci olublar. |