Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili,
perspektivli idmançıların seçilməsi və velosiped
idmanında kütləviliyin təmin olunması məqsədilə Binəqədi
rayonunun orta məktəbləri arasında rayon çempionatı
keçirilib. Yarışda hər birinin tərkibində 3 oğlan və 1
qız olan 32 komanda iştirak edib.
Komandalar 800 metrlik marşrut boyunca estafet sistemi
üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə 115
nömrəli tam orta məktəbin komandası layiq görülüb. 297
və 314 saylı məktəblərin komandaları isə müvafiq olaraq
2-3-cü yerləri tutublar. Qarşıdakı günlərdə paytaxtın
digər rayonlarının məktəbləri arasında da analoji
yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan
komandalar isə final mərhələsi gələn ilin yanvarında
təşkil ediləcək Bakı şəhər çempionatında iştirak etmək
hüququ əldə edəcəklər.
Rəşad RAMAZANOĞLU,
“Azərbaycan muəllimi” |