Azərbaycan karateçiləri İndoneziyanın paytaxtı
Cakartada keçirilən yeniyetmə və gənclərin doqquzuncu
dünya çempionatını 4 medalla başa vurublar. Gənclər
arasında dünya çempionu adını qazanan birinci Avropa
Oyunlarının qalibi İrina Zaretska (68 kq) bu dəfə gümüş
medalla kifayətlənməli olub. Digər gümüş mükafatları isə
Elcan Məmmədrzayev və (61 kq) Fidan Teymurova (47 kq)
qazanıblar. Yarışda 14-15 yaşlı yeniyetmələrin
mübarizəsində Hümmət Baxşəliyev (57 kq) bürünc medala
sahib olub.
Murad Hacızadə (76 kq-dan yuxarı) ilə Fəridə
Abiyeva (61 kq) bürünc medal uğrunda görüşlərdə qələbəni
əldən veriblər. Roman Heydərov (kata) və Sərxan Quluzadə
(84 kq-dan yuxarı) isə yarımfinala vəsiqə uğrunda
görüşlərdə hakimlərin ədalətsiz qərarları nəticəsində
mübarizəni dayandırıblar. Bu nəticə ilə Azərbaycan medal
qazanan 37 ölkə arasında 14-cü yeri tutub. Dünya
çempionatında 91 ölkədən 1420 idmançı iştirak edib.
|