Gənc Ana və Uşaqların Maarifləndirməsi İctimai Birliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə dəstəyi, eyni zamanda F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının dəstəyi ilə görmə
qabiliyyəti zəif olan uşaqlar üçün informasiya kursları
həyata keçirir.
Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihədə
məqsəd görmə qabiliyyəti zəif olan uşaqların cəmiyyətə
daha sürətlə inteqrasiyası üçün bu kitabxananın müxtəlif
filiallarında onlar üçün xüsusi İnformasiya Mərkəzini
yaratmaqdır. |