Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

“İlin ən istedadlı gənci” layihəsinə start verilib

 

Noyabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “İlin ən istedadlı gənci” layihəsinə start verilib. Müsabiqənin ilk seçim turu rəssamlıq fakültəsində keçirilib.  Seçim turunda 25-dən artıq tələbənin 50-dən çox işi təqdim olunub. İştirakçıların əsərləri münsiflər heyəti - xalq rəssamı Xanlar Əhmədov, rəssamlıq fakültəsinin dekanı, dosent Afət Aslanova,  Nəzakət Əhmədova, əməkdar rəssam, dosent Həmzə Abdullayev, dosent Elşən Hacızadə və  Xanım Məmmədova  tərəfindən qiymətləndirilib.

Noyabrın 14-də isə “İlin ən istedadlı gənci” layihəsinin seçim mərhələsi musiqi fakültəsinin tələbələri arasında keçirilib. ADMİU-nun “Səda” Tədris Teatrında 30 nəfərdən artıq ifaçı hərəsi bir musiqi nömrəsi ifa etməklə öz istedadlarını nümayiş etdiriblər. Münsiflər heyəti isə  xalq artisti, professor Zamiq Əliyev, baş müəllim Sevinc Dadaşova, Cəmalə Nəsirova, Allahyar Vəzirovdan ibarət olub. Onlar da  tələbələr arasında ilin ən istedadllarını müəyyənləşdirmək üçün öz seçimlərini ediblər. Lakin seçim turlarının nəticələri dekabr ayında keçiriləcək və qala konsertdə elan olunacaq.  

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov