Lerikdə son illər 45 yeni, müasir tipli məktəb
binası tikilmişdir. Təhsil ocaqlarında şagirdlərin yaxşı
oxuması üçün hər cür şərait yaradılmışdır. Belə ki, yeni
məktəblər tədris ləvazimatı, inventar və avadanlıqlarla
təchiz olunmuşdur. Bütün sahələrdə olduğu kimi, təhsildə
də dinamik inkişaf Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və
xarici siyasətinin nəticəsidir.
Rayonda yeni istifadəyə verilmiş 180 şagird yerlik
Pirəsora kənd tam orta məktəbinin açılışı olduqca
təntənəli keçdi. Valideynlər, müəllim və şagirdlər
dağlar qoynunda yerləşən kənddə belə bir möhtəşəm məktəb
binasının tikintisinə görə ölkə başçısına
minnətdarlıqlarını bildirdilər.
Lerik rayonunda məktəb tikintisi hazırda davam edir.
Boykəndil, Əvilə kəndlərində tikilməkdə olan məktəb
binalarında işin sürəti bir an belə səngimir. Ambu kənd
tam orta məktəbinin tikintisi başa çatmaq üzrədir. Eyni
zamanda Sorsçay kənd məktəb binası əsaslı təmir olunmuş
və müasir avadanlıqlarla şagirdlərin istifadəsinə
verilmişdir. Yaxın vaxtlarda daha üç kənddə -
Sivəkəran, Almu və Qələbin kəndlərində yeni məktəb
binasının inşası nəzərdə tutulmuşdur.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü |