Gəncə Dövlət Universitetinin Tələbə Gənclər
Təşkilatının Gəncə şəhərindəki uşaq evində yaşayan
uşaqlara ingilis dilinin öyrədilməsi təşəbbüsü hər iki
müəssisədə rəğbətlə qarşılanıb. Məqsəd kimsəsiz uşaqlara
ingilis dilini öyrətməklə bərabər, həm də onların uşaq
qəlblərini oxşamaq, qayğı ilə əhatə olunduqlarını
uşaqara hiss etdirməkdir.
Artıq məşğələlərə başlanılmışdır. Universitetin
ingilis dili müəllimliyi ixtisasının sonuncu kursunda
təhsil alan tələbələr uşaqlara böyük həvəslə ingilis
dilini öyrədirlər.
Mətbuat xidməti |