Dekabrda “Ümid yeri” uşaq sığınacaq evində uşaq, dünya
və müasir Azərbaycan ədəbiyyatına aid kitablardan ibarət
kitabxana yaradılması nəzərdə tutulub. Hər ay
psixoloqların iştirakı ilə uşaqlarla söhbətlər, qiraət
və mütaliə məşğələləri təşkil olunacaq. Layihənin
rəhbəri Gülşad Quliyeva yazarları, rəssamları,
psixoloqları, nəşriyyat və jurnal redaktorlarını
layihəyə dəstək olmağa çağırır. Bu günlərdə Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti
“Ümid yeri” uşaq sığınacaq evini ziyarət edərək
istedadlı balacalara mənəvi və maddi yardım göstərib.
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi” |