Gəncə Dövlət Universitetində Yeni Azərbaycan Partiyasına
könüllü olaraq üzv qəbul olunmuş 103 nəfər tələbənin
iştirakı ilə tədbir keçirilib. Tədbirdə universitetin
elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin
Kərimzadə qonaqları və tələbələri salamlayaraq YAP-ın
çoxminli sıralarına könüllü qoşulan gəncləri təbrik edib,
onların seçdikləri bu yolda daim fəal olacaqlarına və
ölkəmizin gələcəyi naminə əllərindən gələni
əsirgəməyəcəklərinə əminlik ifadə edib.
YAP Gəncə şəhər təşkilatının şöbə müdiri İsmayıl
İsmayılov, biologiya-kimya fakültəsinin dekanı, dosent
İsfəndiyar Allahverdiyev və dosent Zilxumar Məmmədova öz
çıxışlarında tələbələri YAP-a üzv qəbul edilmələri
münasibətilə təbrik edib, onlara xoş arzularını
bildiriblər.
Tədbirin sonunda tələbələrə YAP-ın üzvlük vəsiqələri
təqdim olunub. |